Çin heroqlifləri

* the Chinese characters китайские иероглифы
çillə çıxarmaq*
çin səddi
OBASTAN VİKİ
Sadələşdirilmiş Çin heroqlifləri
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
Misir heroqlifləri
Misir heroqlif yazısı — dünyanın ən qədim yazı sistemlərindən biridir. Misirdə dövlət meydana gələndən sonra yazı qəti şəkildə yarandı. Əvvəlcə misirlilər demək istədikləri şeyin sadəcə şəklini çəkirdilər. Məsələn, içərisinə nöqtə qoyulmuş dairə "günəş", yay-oxlu insan isə "döyüşçü" demək idi. Buna piktoqrafiya deyilir. Yazının heroqriflərdən təşkil olunması Qədim Misirdəki səsli danışığın araşdırılmasını çətinləşdirir. Sonralar hecaları və ayrı-ayrı səsləri də işarələrlə göstərməyə başladılar. Bu cür işarə şəkillərə heroqlif deyilir. Yazı yazmaq üçün Nil çayının dayaz yerlərində bitən papirus adlı qamışdan istifadə edirdilər. Papirusun gövdəsini nazik zolaqlar şəklində kəsir və bunları kağıza oxşayan vərəqlər şəklində bir-birinə yapışdırırdılar.
Misir heroqlifləri (B qrupu)
B qrupuna 7 oturmuş qadın heroqlif daxildir. Burada doğuş da çöməlmiş şəkildə göstərilmişdir. Bu həm də Qədim Misirdə doğuş zamanı vəziyyəti göstərir.
Misir heroqlifləri (C qrupu)
Misir heroqlifləri (C qrupu) — C qrupuna demək olar ki, bütün Qədim Misir tanrıların oturmuş, profildən olan təsvirli 20 heroqlif daxildir. Burada tanrılar başlarına qoyulmuş rəmzlərlə və ya tamamilə heyvan başları ilə təqdim olunur.
Misir heroqlifləri (D qrupu)
D qrupu 66 heroqlifdən ibarət olub, bura baş, göz və onun hissələri, Horus gözü, burun, ağız, qol, əl və s. təsvirləri daxildir.
Misir heroqlifləri (E qrupu)
Misir heroqlifləri (E qrupu) — E qrupu 35 heroqlifdən ibarət olub, bura inək, at, Nilatı, meymun, zürafə, dovşan, çaqqal, fil və s. təsvirləri daxildir.
Misir heroqlifləri (F qrupu)
Misir heroqlifləri (F qrupu) — F qrupu 56 heroqlifdən ibarət olub, bura inək başı, ayağı, buynuzu, dərisi həmçinin heyvan dili, ürək nəfəs borusu ilə, şir başı və ön və arxa hissəsi və s. təsvirləri daxildir.
Misir heroqlifləri (G qrupu)
G qrupu 57 heroqlifdən ibarət olub, bura ibis, kərkəs, bayquş, simurqquşu, qarabatdaq, ördək, bildirçin cücəsi və s. təsvirləri daxildir.
Misir heroqlifləri (H qrupu)
H qrupu 8 heroqlifdən ibarət olub, bura yumurta, caynaq, lələk, qanad, baş və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (K qrupu)
Misir heroqlifləri (K qrupu) — K qrupu 7 heroqlifdən ibarət olub, bura balıq onun pilcuqları və ayrı-ayrı hissələri və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (L qrupu)
Misir heroqlifləri (L qrupu) — L qrupu 7 heroqlifdən ibarət olub, bura böcək, milçək, çəyirtkə, arı, qırxayaq, əqrəb və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (M qrupu)
Misir heroqlifləri (M qrupu) — M qrupu 44 heroqlifdən ibarət olub, bura ot, papirus, xurma, lotos gülü, qamış və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (N qrupu)
N qrupu 44 heroqlifdən ibarət olub, bura günəş, ay, səma, yer, dağ, küçə ya cığır, kanal, yamac və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (O qrupu)
O qrupu 51 heroqlifdən ibarət olub, bura ev, hasar ya divar, pilləkan və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (P qrupu)
Misir heroqlifləri (P qrupu) — O qrupu 11 heroqlifdən ibarət olub, bura balıqçı qayığı, yelkən, sükan, dor ağacı və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (Q qrupu)
Q qrupu 7 heroqlifdən ibarət olub, bura ölü üçün istifadə olunan əşyalar: taxt, sandıq, tabut, başaltı, aypara şəkilli dəstək, və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (S qrupu)
Misir heroqlifləri (S qrupu) — S qrupu 45 heroqlifdən ibarət olub, bura hökümdar tac və əsalarının təsvirlər daxildir.
Misir heroqlifləri (T qrupu)
T qrupu — 35 heroqlifdən ibarət olub, bura insan və heyvanı öldürmək, ovlamaq, tutmaq, döyüş arabası, balıqçı toru, quş tələsi, kaman, bumeranq və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (U qrupu)
Misir heroqlifləri (U qrupu) — U qrupu 41 heroqlifdən ibarət olub, bura təsərrüfatla, əkinçiliklə və sənətkarlıqla bağlı təsvirlər daxildir.
Misir heroqlifləri (V qrupu)
V qrupu 38 heroqlifdən ibarət olub, bura kəndir, lif, səbət və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (W qrupu)
Misir heroqlifləri (W qrupu) — W qrupu 25 heroqlifdən ibarət olub, bura daş, gil qablar kimi təsvirlər daxildir.
Misir heroqlifləri (X qrupu)
X qrupu 8 heroqlifdən ibarət olub, bura un və xəmir məmulatları, çörək kimi təsvirlər daxildir.
Misir heroqlifləri (Y qrupu)
Y qrupu 8 heroqlifdən ibarət olub, bura yazı ləvazimatları, oyun fiqurları və musiqi alətləri kimi təsvirlər daxildir.
Misir heroqlifləri (Z qrupu)
Z qrupu 11 heroqlifdən ibarət olub, bura həndəsi fiqur təsvirləri daxildir.
Misir heroqlifləri (İ qrupu)
İ qrupu 15 heroqlifdən ibarət olub, bura gözlüklü ilan, kərtənkələ, qurbağa, çömçəquyruq, çanaqlıbağa, timsah və s. kimi təsvirlər daxildir.